Menu

Mərkəzi Bankın ehtiyatları artıb

05.12.2016, 08:57

merkezi_bank_0001Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.

"APA-Economics" AMB-nin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2016-cı il noyabr ayının 30-a tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4,011 mlrd. dollar təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 0,14% və ya 5,5 mln. dollar çoxdur. Noyabr ayının 1-ə tənzimləyicinin tənzimləyicinin ehtiyatları 4 mlrd. 5,5 mln. dollar təşkil edib.

Qeyd edək ki, noyabradək AMB-nin valyuta ehtiyatlarının həcmində iki ay ard-arda azalma müşahidə olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 35,78% və ya 2 mlrd. 234,6 mln. dollar azalma olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol