Rusiya zabiti Putinin yenidən gündəmə gətirdiyi imperiya simvolunu Bakı küçələrində nümayiş etdirir

Yazıya əlavə olunmuş şəkil Bakıdakı küçələrin birində çəkilib. Şəhərin mərkəzində dolaşan Rusiya ordusunun kapitanı paqonunu daşıyan və böyük ehtimalla Rusiyadan gələn bu şəxs fəxrlə “Georgiyev lenti”ni sinəsində daşıyır və hər kəsin bunu görməsinə çalışır.

Xatırladaq ki, Ukraynada rus separatçıların simvoluna çevrilən bu lent hələ 1769-cu ildə 2-ci Yekatirina tərəfindən təsis edilib. Rusiya imperiyasının və onun gələcək qələbələrinin simvoluna çevrilən bu lentin Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən Rusiyanın dostlarına və ümumiyyətlə bu səfirliyə girib-çıxanlara paylandıgı barədə mətbuatda məlumat verilmişdi. Lakin bu lentin nümayişkəranə şəkildə Bakı küçələrində gəzdirilməsi faktına rast gəlinməmişdi. Bu, sırf təxribat xarakterli və yerli əhalinin münasibətini yoxlamaq üçün atılmış addım ola bilər. Hər halda diqqət yetirilməli faktdır və bu, dövlətçiliyimizə xeyir gətirən hadisə deyil. Bu şəkildən göründüyü kimi, rus zabiti həmin lentlə Bakı küçələrini dolaşır. Bəlkə kimlərinsə ayılması və müvafiq tədbirlər görməsi zamanıdır?

V.Nəsibov

"Azpolitika"