Menu

"Evrovision-2017"-də Azərbaycanı bu qız təmsil edəcək - VİDEO

05.12.2016, 13:58
"Evrovision-2017"-də Azərbaycanı bu qız təmsil edəcək - VİDEO

“Eurovision-2017" Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.

İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, dekabrın 5-də bununla bağlı iclas keçirilib.

İclasda Münsiflər Heyəti müsabiqədə Azərbaycanı Diana Hacıyevanın təmsil etməsi barədə qərar qəbul edib.

“Eurovision-2017" Ukraynada keçiriləcək.

Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbini, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva “Eurovision 2011”-in seçim turlarında iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol