AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Filippin Prezidenti Rodriqo Duterte 2017-ci ilin aprel-may aylarında Rusiyaya rəsmi səfər edəcək. Bu barədə Filippin xarici işlər naziri Perfekto Yasay rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı xəbər verib.
«Mən buraya bizim liderlərin Peruda, «ATES» sammitinin gedişi zamanı əldə etdiyi razılaşmanı davam etdirmək üçün gəlmişəm. Həmin görüşün gedişində Rusiya Prezidenti Vladimir Putin prezident (Filippin - red.) Rodriqo Duterteni 2017-ci ildə Rusiyaya səfərə dəət edib. Ümidvaram ki, səfər aprel-may aylarında baş tutacaq» - deyə, filippinli nazir bəyan edib.
Lavrov da öz növbəsində, qeyd edib ki, Rusiya və Filippin bu il diplomatik münasibətlərin qurulmasının 40 illiyini qeyd edir və bu, «əlaqələrin fəallaşdırılması üçün yaxşı səbəbdir».
«Biz, həmişə Filippinlə münasibətlərimizi yüksək qiymətləndiririk. Bu ölkə Rusiya üçün Asiya-Sakit okean bölgəsində prioritet həmkardır»-deyə, Lavrov qeyd edib.


Şərhlər