Menu

“Rabitəbank”ın rəhbərliyində dəyişiklik

06.12.2016, 11:14

rabite“Rabitəbank”ın rəhbərliyində dəyişiklik olub. Bankdan verilən məlumata görə, dekabr ayının 5-dən etibarən Eldar Ağayev bankın idarə heyəti sədrinin müşaviri təyin edilib. E. Ağayev buna qədər bankın baş direktorlarından biri olub.

Bununla da bankın baş direktorlarnın sayı 6-dan 4-ə enib. Qeyd edək ki, bundan əvvəl, yəni sentyabr ayında bankın digər baş direktoru Arif Zeynalov “Nikoil Bank”a transfer olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol