Menu

Rusiyanın səhiyyə sistemi 3-cü dünya ölkələri ilə bərabər tutuldu

06.12.2016, 17:37
Rusiyanın səhiyyə sistemi 3-cü dünya ölkələri ilə bərabər tutuldu

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «The Economist Intelligence Unit» Beynəlxalq analitik şirkətinin məruzəsində Rusiyanın səhiyyə sistemi üçüncü dünya ölkələrinin səhiyyə sisteminə bərabər tutulub.

Məruzə çərçivəsində analitiklər 25 dövlətin səhiyyə sistemini ideal faydalı-oriyentasiyalı modellə müqayisə ediblər. Bu modeldə birinci yerdə konkret göstərilmiş tibbi xidmət yox, müalicənin nəticələri dayanır.

Espertlər, müalicə təyinatlı dövlət xərclərinin terapiyanın nəticələri ilə nə qədər uzlaşdığını araşdırıblar.

Araşdırmaların nəticələrinə görə, müəlliflər bu nəticəyə gəliblər ki, Rusiyanın səhiyyə sistemi müalicənin nəticələrinə yox, göstərilən tibbi xidmətin sayına oriyentasiya olunub. Bu parametr üzrə Rusiya İndoneziya, Nigeriya, Cənubi Afrika Respublikası, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri ilə oxşar durumdadır.

Məruzədə həm də qeyd olunur ki, Rusiyada dövlət tibbi sığortası tibbi köməyin bütün növlərini əhatə və bütün vacib dərmanların əlçatan olmasını təmin etmir. Müalicənin keyfiyyəti isə bir sıra istiqamətlər üzrə yaxşı heç nə vəd etmir.

Rusiya Federasiyasının Səhiyyə nazirliyində müəlliflərin gəldiyi nəticələrlə razılaşmırlar.

Xatırladaq ki, cari ilin sentyabr ayında «Bloomberg» bir sıra ölkələrin səhiyyə sisteminin effektlilik reytinqini dərc etmişdi. Bu reytinq cədvəlində Rusiya sonuncu yerdə qərar tutmuşdu. Cədvəldə cəmi 55 dövlət yer almışdı.

Burası Rusiya - postsovet ölkələri üçün hər zaman örnək olmuş ölkənin səhiyyəsi. Bəs, Azərbaycanda vəziyyət necədir?

Əldə dəqiq rəsmi-statistik məlumatlar olmasa da, hər bir vətəndaşın gözləri özündə günbəgün «ölən» Azərbaycan səhiyyəsi barədə ancaq bu fikri səsləndirmək olar: Əgər örnəyimiz Rusiyanın səhiyyə sistemi Nigeriyanın səhiyyəsi ilə bərabər tutulursa, o zaman Azərbaycan səhiyyəsi yalnız Toqo-Tanzaniyanın (Afrika) «savanna səhiyyəsi» ilə müqayisə oluna bilər!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol