Menu

Putin-Ərdoğan görüşünün vaxtı müəyyən olundu

06.12.2016, 22:48

erdogan_putin_011214Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü 2017-ci ilin birinci yarısına planlaşdırılıb.“RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla görüşün nəticələrinə həsr edilən mətbuat konfransında bildirib.

“Biz gələcək fəaliyyətimiz, layihələrin hazırlanması istiqamətində işlərin sürətləndirilməsində, eləcə də Ali Əməkdaşlıq Şurasının iclası üçün vacib sənədlərin hazırlanmasında razılığa gəldik. Prezidentlər səviyyəsində keçirilən Şuranın iclası gələn ilin birinci yarısına planlaşdırılır” - D.Medvedev vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol