Menu

Ukrayna «nüvə gücü» statusunu bərpa etmək istəyir!

07.12.2016, 00:08
Ukrayna «nüvə gücü» statusunu bərpa etmək istəyir!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Ukrayna özünün «nüvə gücü» statusunu bərpa etmək istəyir. Bu məqsədlə, Ali Radaya «Ukraynanın, «Nüvə silahının yayılmaması haqqında 1 iyul 1968-ci il tarixli Qanun»na qoşulmasının qüvvədən düşmüş hesab edilməsi» barədə Qanun layihəsi təqdim olunub. Parlamentin informasiya saytında xəbər verilir ki, sənəd bu gün Ali Radada qeydiyyata alınıb.

Qanun layihəsinin təşəbbüskarlarından biri Radikal partiyanın lideri Oleq Lyaşkodur.

Bundan əvvəl Ukraynanın ilk Prezidenti Leonid Kravçuk deyib ki, əgər Ukraynanın əlində nüvə silahı olsaydı, bu ölkə «əlində qumbara tutmuş meymun»a oxşayardı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol