Menu

Goranboyda ağır yol qəzası - Ölən və yaralanan var

08.12.2016, 20:12

qeza-yol-nishani-1Goranboy rayonunda ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Goranboy rayonunun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı şəhərindən Qazax rayonuna hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Yaralı, Goranboy rayonu Şıxlar kəndinin sakini, 1969-cu il təvəllüdlü Hamil Həsənov Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol