Menu

Ukraynada qondarma DXR-in müdafiə naziri saxlanılıb

07.05.2014, 15:30
Ukraynada qondarma DXR-in müdafiə naziri saxlanılıb

Ukrayna Daxili İşlər Nazirliyi bir neçə separatçının, o cümlədən qondarma "Donetsk Xalq Respublikası"nın müdafiə naziri İqor Kakidzyanovun saxlanılması haqda bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, separatçılar Mariupoldan Berdyansk istiqamətdə hərəkət edən “Azov” xüsusi təyinatlı batalyonun avtobusunu atəşə tutublar. Nəticədə avtobusun sürücüsü yaralanıb.

Cavab atəşi ilə separatçılardan biri öldürülüb, iki nəfər yaxalanıb. Onlardan biri qondarma "Donetsk Xalq Respublikası"nın müdafiə naziri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol