AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinə daha bir akita-inu cinsli it bağışlamaq barədəki planından daşınıb. Bu barədə xəbəri cümə günü Yaponiyanın «Sankey simbun» qəzeti yayıb.
Qəzet Yaponiya Nazirlər Kabineti Baş katibinin müavini Koiti Xaqiudadan sitat gətirir: «Məsləhətləşmələrdən sonra Rusiya tərəfi bu hədiyəni qəbul etməyə razılıq verməyib».
Xəbər verildiyi kimi, 15-16 dekabr tarixlərində Putinin Yaponiyaya planlaşdırılan səfəri zamanı yaponilar ona akita-inu cinsli ikinci iti bağışlamağa hazırlaşırdılar.
Bundan əvvəl Rusiya Prezidenti sunamidən ciddi zərər görmüş Akita prefekturasına edilmiş köməyin qarşılığında artıq Yaponiya hakimiyyətindən hədiyyə olaraq ona bağışlanan bir baş akita-inu cinsli iti qəbul edib. Tərəflərin qərarına əsasən, itə Yume adı (Yapon dilində «Arzu» mənasına gəli) verilib.


Şərhlər