Menu

Suriyanın bərpası 180 milyard dollar həcmində qiymətləndirilib!

10.12.2016, 11:22
Suriyanın bərpası 180 milyard dollar həcmində qiymətləndirilib!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ilkin hesablamalara görə, Suriyanın bərpası üçün təxminən, 180 milyard dollar vəsait tələb oluna bilər. Bu barədə Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vitali Çurkin BMT Təhlükəsizlik Şurasının (TŞ) qapalı iclasından sonra bəyan edib.

«Əlbəttə, bu, bir və ya iki ölkənin gücü yetəsi iş deyil. Bu və ya digər nisbətdə müxalifəti qane edəcək siyasi tənzimləmə olmadan, siyasi sistemin dəqiq islahı aparılmadan bərpa istiqamətində beynəlxalq kampaniyaların olacağı barədə düşünmək sadəlövhlük olardı» - deyə, Çurkin qeyd edib.

Diplomatın sözlərinə görə: «Hökumət (Suriya - red.) Şərqi Hələbdə qələbə çalır və hamı bu mövqedən çıxış etdi (TŞ-nın iclasında -red.) ki, tezliklə hökumət Şərqi Hələbdə tam nəzarəti bərpa edəcək».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol