ABŞ-ın müdafiə naziri Eşton Karter gözlənilmədən İraqa səfər edib. Musavat.com xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirliyi xəbər yayıb.
Pentaqonun rəsmi Twitter hesabında bildirilib ki, E.Karteri İraqda beynəlxalq koalisiyaya başçılıq edən general Stiven Taunsend qarşılayıb.
Qeyd edək ki, E.Kater Bəhreyndə keçirilən Yaxın Şərqin təhlükəsizliyi üzrə konfransda "İŞİD terrorçularının Mosulda olmasına tezliklə son qoyulacaq" - deyə bildirmişdi.
Xatirladaq ki, Mosulu İŞİD-dən azad etmək üçün əməliyyat oktyabrın 17-dən başlayıb.


Şərhlər