““Qara bazar”la bağlı proseslər bütün dünyada gedir. Azərbaycanda hər bir proses açıq şəkildə həyata keçirilir. Təbii ki, burada da “qara bazar” var idi”. APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.
DTX rəisi bildirib ki, ölkə prezidentinin tapşırığı ilə bununla əlaqədar məruzələr hazırlanıb və tədbirlər həyata keçirilib: “Bu istiqamətdə araşdırmalar aparılır, şübhəli şəxslər var”.
Mədət Quliyev həmçinin deyib ki, il ərzində 500-dən artıq əməkdaş xidmətdən xaric olunub.. Onun sözlərinə görə, xidmətdən xaric olunan işçilərdən 20 nəfərdən çoxu barəsində cinayət işi başlanıb: "Bu, təbii prosesdir. Çünki xidmətdə təmizləmə prosesi aparılır".


Şərhlər