Menu

İsmayıllıda növbəti güclü zəlzələ olub - YENİLƏNİB

13.12.2016, 10:07
İsmayıllıda növbəti güclü zəlzələ olub - YENİLƏNİB

İsmayıllı rayonunda bu gün növbəti zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ dekabrın 13-də saat 04:33-də Pirquludan 13 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4.5 olan, 9 km dərinlikdə baş verən yeraltı təkan episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

* * *

Azərbaycanda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb. 4.4 maqnitudalı yer sarsıntısı 8 km dərinlikdə baş verib. Zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol