Menu

Qarabağ” 21 il sonra Azərbaycan çempionu oldu- FOTOLAR

07.05.2014, 21:18
Qarabağ” 21 il sonra Azərbaycan çempionu oldu- FOTOLAR

Topaz Premyer Liqasının sonuna 2 tur qalmış Azərbaycan çempionunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, ən yaxın izləyicisi “İnter”ı məğlub edən “Qarabağ” mövsümün sonuna 2 tur qalmış 1-ci yeri təmin edib.

Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “İnter”lə keçirilən matçdan sonra mətbuat konfransı təşkil edib. “Qarabağ”ı 21 ildən sonra çempion edən Qurban Qurbanov Oyunla bağlı fikirlərini bildirib: “Futbolçularımın zəhməti göz qabağındadır.Mükəmməl mövsüm keçirdilər. Bu çempionluq münasibətilə hamını- azarkeşləri, rəhbərliyi təbrik edirem. Uzun sürən mübarizənin sonunda qələbə qazandıq. Bu ada layiq olduq və buna görə çox sevinirik”.

Xallarını 72-yə çatdırmaqla rəqibindən 9 xal uzaqlaşan Ağdam təmsilçisi tarixində 2-ci dəfə qızıl medallara sahib oldu. İlk dəfə 1993-cü ildə bunu bacaran “Qarabağ” 21 ildən sonra ölkənin ən gücıüsü oldu.

Bununla da ağdamlılar “Şəmkir”, “İnter” və “Bakı”ya çatdı. İndi bu 4 komandanın hərəsinin 2 çempionluğu var. Düzdür, 1996/97 mövsümündə də AFFA-nın əsasnaməsinə əsasən qızıl medallar “Qarabağ”a verilib. Lakin həmin çempionluğu nə UEFA, nə PFL, nə İFFHS, nə də Ağdam klubunun özü hesaba alır. Ümumilikdə isə 22 çempionatdan başa çatan 21-də 8 klub qalib adını əldə edib.

Bütün çempionlar:

1. “Neftçi” – 8

2. “Kəpəz” – 3

3-6. “Şəmkir”, “İnter”, “Bakı”, “Qarabağ” – 2

7-8. “Turan”, “Xəzər Lənkəran” – 1

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol