Aleksandr Turçinov ölkədə hissə-hissə səfərbərlik barədə sərəncam imzalayıb
Ukraynanın Slavyansk şəhərində terrorçuluğa qarşı əməliyyat davam edir.ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna Daxili İşlər Nazirliyi bildirib."Antiterror əməliyyatları çərçivəsində Ukrayna hökumət qüvvələri hərbi texnikadan və vertolyotlardan istifadə edirlər", – deyə DİN mətbuat xidməti bildirib.
Ukrayna xususi xidmət quvvələri bu gün 4 yeni zirehli hərbi maşınla təhciz olunub. Öz növbəsində, terrorçular da öz mövqelərində "Faqot" raket komplekslərini qurublar.
Ukrayna Təhlükəsizlik xidmətinin bu gün yaydığı xəbərdə əməliyyatların başlanğıcından 14 hərbi qulluqçusunun həlak olduğunu, 66 nəfərin yaralandığını qeyd edib.
Son günlər ərzində təxminən 30 nəfər silahlı separatçı məhv edilib.

Sərəncama uyğun olaraq səfərbərlik 45 gün ərzində başlamalıdır və sərəncam imzalanan gündən qüvvədədir. Sənəddə o da göstərilir ki, çağırış Ukraynanın administrativ ərazilərində yaşayan ehtiyatda və hərbi mükəlləfiyyətli hər kəsə aiddir.
Təxminən 1 həftə əvvəl Ukraynanın cənub şərqində vəziyyətin gərginləşməsi ilə bağlı hərbi qüvvələrin səfərbər olunması barədə ilk çağırış edilmişdi. Çağırışa 18-25 yaşında olan, hərbi xidmətdən yayınmağa və möhlət hüququna icazəsi olmayanlar cəlb olunacaq.
Sonuncu dəfə ölkədə 2013-cü ilin oktyabrında Viktor Yanukoviç hərbi çağırış barədə sərəncam imzalamışdı. Həmin sərəncamda hərbçilərin Silahlı Qüvvələr sırasında müqavilə əsasında xidmət etməsi də yer almışdı. O zaman orduya 10,8 min təzə əsgərlər çağırılmışdı, Silahlı Qüvvələrin sayı isə 168 min nəfər idi. Ukrayna Silahlı Qüvvələrində aparılan islahatlara görə orduda iki dəfə ixtisar gedərək, adam sayı 5 il ərzində 180 mindən 70 minə qədər azaldılacaqdı.


Şərhlər