AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, qonşu Yəməndə yaranmış mürəkkəb vəziyyətlə bağlı Amerika Birləşmiş Ştatları (ABŞ) Səudiyyə Ərəbistanı Krallığına hərbi dəstəyi məhdudlaşdırmaq qərarına gəlib.
ABŞ Prezidenti Barak Obama bu barədə qərar qəbul edib. Xəbəri özəl mənbəyinə istinadla, «Associated Press» agentliyi yayıb.
Yəməndə silahlı münaqişə 2014-cü ildən davam edir. Üsyançı-husilər və Yəmənin sabiq prezidenti Əli Abdulla Salehə sadiq ordu hissələri prezident Abd Rabbo Mansur Hadinin ordusuna qarşı vuruşur. Səudiyyə Ərəbistanı başda olmaqla, ərəb koalisiyası isə sonuncunu dəstəkləyir.
Ümumdünya səhiyyə təşkilatının (ÜST) məlumatına görə, bu münaqişə nəticəsində 2016-cı ilin noyabrına yaranmış vəziyyətə Yəməndə 7 mindən artıq adam həlak olub, 37 min nəfər isə yaralanıb. Bundan başqa, bu ölkədə 21 mindən artıq insan tibbi yardıma möhtacdır. Belə bir vəziyyətdə ölkədə mövcud olan tibb müəssisələrinin yarıdan çoxu qismən və ya tamamilə fəaliyyətini dayandırıb.
Çərşənbə axşamı BMT Uşaq Fondu da Yəmənə yönəlik öz məlumatını açıqlayıb. Məlumata görə, burada azı 462 min uşaq kəskin aclıqdan əziyyət çəkir. Sənədə əsasən, Yəməndə hər 10 dəqiqədə 1 uşaq aclıq, diareya və tənəffüs yolları xəstəlikləri səbəbilə həyatını itirir.


Şərhlər