Menu

İran ordusunun daha bir komandiri öldürüldü

14.12.2016, 14:10
İran ordusunun daha bir komandiri öldürüldü

Suriyanın Hələb şəhərində İran ordusunun daha bir komandiri öldürülüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri qvardiyasının “Tedmür İmha” taborunun komandanı Həsən Əkbəri Suriyanın şərqində gedən döyüşlərdə həlak olub.

Məlumata görə, o, 1980-1988-ci illərdə İran-İraq müharibəsində də iştirak edib və döyüşlərdə yaralanıb.

Suriyada 5 ildir davam edən döyüşlərdə Bəşşar Əsəd rejiminə dəstək verən İranın 15 generalı və çoxlu sayda əsgəri öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol