Menu

Amsterdam məhkəməsi «skiflərin qızılı»nı Ukraynaya qaytardı

14.12.2016, 16:07
Amsterdam məhkəməsi «skiflərin qızılı»nı Ukraynaya qaytardı

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amsterdam məhkəməsi skiflərin qızıl kolleksiyasının Ukraynaya qaytarılması barədə qərar çıxardıb. Xəbəri «Röyter» agentliyi yayıb.

Kolleksiya 2014-cü ilin fevralında (yarımada hələ Rusiyanın tərkibinə qatılandan əvvəl) Amsterdamın Allard Pirson arxeoloji muzeyində «Krım: Qara dənizin sirləri və qızılı» adlı sərgiyə çıxarılıb. Ümumilikdə, kolleksiya 2 minə yaxın, o cümlədən, dünyada analoqu olmayan artefakdan ibarətdir.

Uzun sürən danışıqlardan sonra Krım muzeyləri eksponatların müqaviləyə uyğun olaraq, onlara qaytarılmasını Niderland tərəfdən məhkəmə yolu ilə tələb ediblər. Amsterdam vilayət məhkəməsi oktyabrda işə baxıb.

Krım respublikasının başçısı Sergey Aksyonov isə bəyan edib ki, əgər məhkəmə Ukraynanın tərəfini saxlasa, o zaman Krım skiflərin qızılı kolleksiyası uğrunda mübarizəni davam etdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol