Menu

Dünyanın ən nüfuzlu adamının adı məlum oldu

14.12.2016, 20:34
Dünyanın ən nüfuzlu adamının adı məlum oldu

“Forbes” jurnalı Rusiya prezidenti Vladimir Putini dünyanın ən nüfuzlu adamı seçib.

APA-nın məlumatına görə, V.Putin dalbadal dördüncü dəfədir ki, reytinqə başçılıq edir.

Reytinqdə növbəti yerləri ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp, Almaniya kansleri Angela Merkel, Çin lideri Si Tzinpin və Roma Papası Fransisk tutublar.

ABŞ-ın hazırki dövlət başçısı Barak Obama builki reytinqdə 48-ci pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol