Menu

«Krım - bizimdir və nöqtə!» - Poroşenko

14.12.2016, 22:10

petro_poroshenko_120215_2«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın Prezidenti Pyotr Poroşenko hesab edir ki, Krım muzeyləri kolleksiyası eksponatlarının Rusiyaya yox, Kiyevə qaytarılması barədə Amsterdam məhkəməsinin çıxardığı qərar onun göstəricisidir ki, Krım Ukraynaya məxsusdur. Məhkəmənin qərarını şərh edən Poroşenko bu barədə özünün «Tvitter» səhifəsində yazıb.

«Amsterdam dairə məhkəməsinin qərarı onu göstərir ki, təkcə «skiflərin qızılı»yox, həm də Krım Ukraynanındır. Krım - bizimdir və nöqtə» - deyə, Poroşenko yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol