Menu

FED-in qərarından sonra neft ucuzlaşır

15.12.2016, 00:34
FED-in qərarından sonra neft ucuzlaşır

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması dünya neft bazarına təsir edib.

"APA-Economics" xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 54 dollardan aşağı düşüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 3,08% azalaraq 51,35 dollar təşkil edib.

Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0,5-0,75% artırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol