Menu

Hələbdəki silahlıların şəhərdən çıxarılmasına hazırlıq gedir - Putinin göstərişidir

15.12.2016, 12:23
Hələbdəki silahlıların şəhərdən çıxarılmasına hazırlıq gedir - Putinin göstərişidir

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putinin göstərişi əsasında Rusiya hərbçiləri Hələbdə qalmış silahlıların şəhərdən (şəhərin şərq hissəsindən) çıxarılmasına hazırlaşırlar. Bu barədə çümə axşamı Suriyada qarşıduran tərəflərin barışığı üzrə Rusiya Mərkəzi məlumat verib.

Suriya hakimiyyəti şəhərin şərq məhəllərindən könüllü çıxmaq istəyən ekstremistlərə təhlükəsizlik təminatı verib.

«Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin göstərişi əsasında barışıq üzrə Rusiya Mərkəzi tərəfindən, Suriya hakimiyyəti ilə birgə, Hələbdə qalmış döyüşçülərin və onların ailələrinin şəhərin şərq hissəsindən çıxarılmasına hazırlıq aparılır» - deyə, xəbərdə qeyd olunur.

Xəbərdə həm də bildirilir ki, döyüşçülərin çıxarılması İdlib istiqaməti üzrə 20 avtobus və 10 təcili yardım maşını ilə həyata keçiriləcək. Əlavə olunur ki, barışıq üzrə Rusiya Mərkəzi videomüşahidə kameraları və pilotsuz uçan aparatların köməyi ilə Hələbdəki vəziyyətin monitorinqini aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol