Menu

Naxçıvanda yumurta qıtlığının səbəbi bilindi

15.12.2016, 20:01
Naxçıvanda yumurta qıtlığının səbəbi bilindi

“Bəzi KİV-lərdə Naxçıvan MR-də yumurtanın limitlə satılması və mağazalarda olmaması ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir”. Bu fikirləri Azinforum.az-a Naxçıvandakı mənbə bildirib:

“Naxçıvanda yumurtanın hazırki satış qiyməti Bakıdan da ucuzdur. Hazırda MR-də 30 ədəd yumurta (1 kletka-red) 4 manat 20 qəpiyə satılır. Qonşu Türkiyədə yerli valyuta olan lirənin bir qədər qiymətdən düşməsi, yumurtanın qiymətinə də təsirsiz ötüşməyib. Naxçıvanla həmsərhəd olan Türkiyədə yumurtanın qiymətinin kəskin qalxması bəzi işbazlarda yumurtanı Naxçıvandan Türkiyəyə daşımaq marağını oyadıb. Çünki hazırda Türkiyədə yumurtanın 30 ədədi (1 kletkası- red) bizim pulla 7 manat 20 qəpiyə satılır.

Təsəvvür edin ki, bir “kletka” yumurtada 3 manat xeyirin qalması MR-dən yumurtanın kütləvi şəkildə daşınmasına səbəb ola bilər. Bu məqsədlə də, süni qiymət artımının qarşısının alınması üçün, bəzi qabaqlayıcı tədbirlər həyata keçirilir ki, daxili bazar qorunsun. Yaranmış vəziyyətdən istifadə edən bəzi işbazlar kütləvi şəkildə yumurtanı alıb başqa ölkəyə aparmasınlar. Hazırda Naxçıvanın istənilən marketindən yerli əhali 1 “kletkası” 4 manat 20 qəpiyə yumurta ala bilər. Bununla bağlı hansısa problem yoxdur. Yumurtanın satışı üçün yerli əhaliyə heç bir limit tətbiq olunmayıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol