Menu

Putinlə Abe Kurildə birgə fəaliyyətin nüanslarından danışıblar

15.12.2016, 18:05

abe«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putin və Yaponiyanın Baş naziri Sindzo Abe iki ölkənin cənubi Kurildə birgə təsərrüfat fəaliyyəti barədə məsləhətləşmələrin başlanması haqqında sənədi razılaşdırıblar. Bu barədə cümə axşamı Prezident Putinin köməkçisi Yuri Uşakov bəyan edib.

Uşakovun sözlərinə görə, liderlər «iki ölkənin birgə təsərrüfat fəaliyyətinə başlaması üçün şərtlərin və sahələrin razılaşdırılması üçün ekspertlərə tapşırıq veriblər».

Bu zaman, əməkdaşlıq sferaları sırasında balıqçılıq, turizm, təbabət və ekologiya önə çəkilir. Sənəd 4 Kuril adasına şamil edilir. Burada fəaliyyət növləri istisnasız olaraq, Rusiya qanunvericiliyi çərçivəsində həyata keçiriləcək.

Rusiya Prezidentinin Yaponiyaya səfəri ərəfəsində onun köməkçisi qeyd etmişdi ki, Rusiya «Yaponiya ilə münasibətləri tam normallaşdırmağa can atır», amma ilk növbədə, öz milli maraqlarından çıxış edəcək.

Putinin özü yapon jurnalistlərə müsahibəsində bəyan etmişdi ki, Moskvanın Tokioya ərazi iddiası yoxdur: «Yaponiya özü Rusiyaya ərazi iddiası irəli sürür. Biz, bu mövzuda söhbət aparmağa hazırıq».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol