Menu

Almaniyada tibb mərkəzinə silahlı hücum olub - İki həkim öldürülüb

15.12.2016, 18:23

silah_tapancha5Almaniyanın Marburq şəhərində baş verən atışma nəticəsində iki həkim öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda şəhər prokurorluğu məlumat yayıb.

İnformasiyaya görə, hadisə xüsusi tibbi mərkəzdə baş verib. Naməlum şəxslər mərkəzə silahlı basqın edib.

Polis hadisə yerinə yaxın ərazidə yerləşən vağzaldan insanları təxliyə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol