Menu

Bakı-Sumqayıt elektrik qatarı yenə yolda qaldı

15.12.2016, 19:47
Bakı-Sumqayıt elektrik qatarı yenə yolda qaldı

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarı yolda qalıb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bakıdan saat 18:30-da yola düşən qatar Xırdalan stansiyasını keçdikdən sonra elektrik enerjisinin verilişi dayandırılıb.

Nəticədə qatar yarım saatdan çoxdur Ceyranbatan ərazisində qalıb və hərəkət edə bilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol