Menu

Goranboyda yolu keçən piyadanı avtomobil vurub

15.12.2016, 23:43

qeza-yol-nishani-1Goranboyda piyadanı avtomobil vurub. APA-nın verdiyi məlumata görə, hadisə Goranboy şəhərində Heydər Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, “KİA” markalı avtomobil yolu keçmək istəyən rayonun Xan Qərvənd kənd sakini 1984-cü il təvəllüdlü Elşad Quliyevi vurub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol