Menu

Bakıda 700 dolları 1281 manata satan şəxs cərimələndi

16.12.2016, 12:10
Bakıda 700 dolları 1281 manata satan şəxs cərimələndi

Bakıda qanunsuz valyuta satışı ilə məşğul olan şəxs cərimələnib.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 15-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Vüqar Qurbanov qanunsuz olaraq 700 ABŞ dolları pulu 1281 manata dəyişərkən (1 dollar 1,83 AZN-ə) Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol