Menu

Ulyukayevin əmlakı əlindən alındı!

16.12.2016, 12:45

ulyukAzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Rusiyanın bir müddət əvvəl həbs olunmuş sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin torpaq sahələri və evi üzərinə məhkəmə tərəfindən həbs qoyulub.

Moskvanın Basman məhkəməsi bu xəbəri təsdiqləyib. Sabiq nazir 2 milyon dollar rüşvət almaqda günahlandırılır.

«Moskvanın Basman rayon məhkəməsinin qərarı ilə təminat tədbiri qismində, Ulyukayevin 10 torpaq sahəsinin və yaşayış evinin üzərinə həbs qoyulub» - deyə, məhkəmənin mətbuat katibi Yunona Tsaryeva xəbər verib.

O, dəqiqləşdirib ki, sabiq nazirin həbsi barədə qərar noyabrın 29-da çıxarılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol