"Rusiya hər yerdə sülh olmasına, ölkələrin daxili işlərinə müdaxilə olunmamasına çalışır"
"Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov Bakıda keçirilən iqtisati-ticarət əlaqələri üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında deyib.
"Rusiya təkcə iqtisadi tərəfdaş yox, həm də regionun təhlükəsizliyinin təminatçısıdır. Rusiya hər yerdə sülh olmasına, ölkələrin daxili işlərinə müdaxilə olunmamasına çalışır" - Y.Eyyubov bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı Moskva ilə münasibətləri qiymətləndirir.
"Münasibətlərimizin dəyərini bilirik. Ticarət dövriyyəsinin artırılması üçün stimul var. Böhranla əlaqədar ticarət dövriyyəsi 2014-cü illə müqayisədə kəskin azalıb" - baş nazirin müavini vurğulayıb.
Xatırldaq ki, bu ilin mart ayında Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubova dövlət mükafatı – “Dostluq” ordenini təqdim edib.

Şərhlər