Menu

Küləyin uçurduğu köşk tapılıb - SOCAR

16.12.2016, 16:34
Küləyin uçurduğu köşk tapılıb - SOCAR

Dekabrın 15-də güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunub, helikopter və gəmilərin sayı artırılıb.

Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış köşkü aşkar edilib, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış köşkündə olmayıb. Hazırda köşkün sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol