Menu

Ramil Usubov əlillərlə bağlı Ramiz Zeynalova tapşırıq verib

16.12.2016, 19:00
Ramil Usubov əlillərlə bağlı Ramiz Zeynalova tapşırıq verib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əlillərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova tapşırıq verib.

APA-nın məlumatına görə, R. Usubov bu gün yol patrul xidməti əməkdaşlarına sıra baxışı keçirib.

Sıra baxışından sonra keçirilən tədbirdə çıxış edən nazir əlillərə verilmiş və verilməsi nəzərdə tutulan avtomobillərin dövlət hesabına xüsusi idarəetmə sistemi ilə təchiz olunması məqsədilə hökumət qarşısında vəsatət qaldırılması üçün müvafiq sənəd layihəsinin hazırlanması, həmçinin bu cür avtomaşınları idarə etmək vərdişlərini aşılamaq məqsədi ilə xüsusi təlim kurslarının təşkil edilməsi barədə Baş İdarənin rəisinə tapşırıq verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol