Menu

ABŞ İŞİD liderinin başına 25 milyon dollar mükafat qoyub

17.12.2016, 00:10

bagdadi isid isisABŞ İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi barədə informasiyaya görə 25 milyon dollar mükafat elan edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Bundan əvvəl adıçəkilən mükafatın məbləği 10 milyon dollar təşkil edirdi.

ABŞ hökumətinin qənaətinə görə, hazırda Əl-Bağdadi Suriya və İraqda İŞİD-in nəzarəti altında olan ərazilərdə gizlənir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol