Menu

"ABŞ-ın xarici siyasəti yeni istiqamətə ehtiyac duyur" - Tramp

17.12.2016, 10:15

Tampa Bay Rays v New York Yankees"Bizim xarici siyasətimiz yeni istiqamətə ehtiyac duyur".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Orlandoda (Florida ştatı) öz tərəfdaşlarının qarşısında çıxışı zaman bildirib.

"Biz xarici dövlətləri deyil, öz ölkəmizi dəyişdirəcəyik. Uzun zamandır əvəllər çoxlarınızın da adını belə eşitmədiyiniz bir ölkədən digər ölkəyə zorla daxil olurduq. Bu ağılsızlıqdır və buna son qoyulacaq! Tramp administrasiyası ilk növbədə ABŞ-ın milli maraqlarını qoruyacaq", - deyə D.Tramp vurğulayıb.

Qeyd edək ki, D.Tramp noyabrın 8-də keçirilən seçkilərdə ABŞ-ın prezidenti seçilib. Onun inauqurasiya mərasimi yanvarın 20-də baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol