Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin maarifləndirilməsi İctima Birliyi 16 dekabr 2016-cı il tarixində Zərdab rayonunda "Tullantıların və yaşıllıqların insan orqanizminə təsirləri barədə maarifləndirmə" mövzusunda rayonun Gənclər mərkəzində tədbir keçirib.
Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman idarəsinin rəis müavini Əvəz Soltanov açaraq iştirakçıları salamlayıb və mövzunun əhəmiyyəti barədə məlumat verib. Təşkilatın sədr müavini Tələt Qəribov və təşkilatın eksperti Sadiq Həsənov mövzu ətrafında geniş məruzə ilə çıxış ediblər. Tədbirdə iştirak edən gənclər müzakirələr zamanı fəallıq götəriblər və mövzu barədə təkliflərini veriblər.
[gallery columns="4" ids="277624,277625,277626,277627"]


Şərhlər