Menu

Bakıda itən 10 yaşlı uşaq tapıldı - Yeniləndi

18.12.2016, 00:15
Bakıda itən 10 yaşlı uşaq tapıldı - Yeniləndi

Abbasov Amil tapılıb. Bu barədə Amilin ailəsindən bildirilib. Deyilənə görə, uşağın özü az öncə evə gəlib. “Qapı döyüldü, açdıq gördük uşağın özüdür”, - deyə Amilin anası Arzu Abbasova bildirib. Uşağın harada olması ilə bağlı hələlik məlumat verilmir.

***

Bakının Əhmədli qəsəbəsində 10 yaşlı uşaq itib.

“AzPolitika” xəbər verir ki, bu barədə Lent.az-a uşağın anası məlumat verib. Anası Arzu Abbasovanın sözlərinə əsasən, Amil günorta məktəbdən gəldikdən sonra həyətə velosiped sürməyə düşüb və bir daha geri qayıtmayıb: “Qardaşı da onunla olub. Lakin əli üşüdüyündən evə qalxıb. Amil isə həyətdə qalıb”.

Ailə bu barədə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə məlumat verib.

Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən bildirilib ki, belə bir şikayət qəbul edilib: “Abbasov Amlin axtarışları paytaxtın bütün istiqamətlərində davam etdirilir”.

Amil Abbasov 95 saylı orta məktəbin 3-cü sinif şagirdidir.

Şəkildəki uşağı görənlərdən 34 saylı polis bölməsinə məlumat vermək və yaxud (055)563-60-11 nömrəsinə zəng etmək xahiş olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol