Menu

Yəmənin Ədən şəhərində partlayış nəticəsində 42 hərbçi ölüb - Yeniləndi

18.12.2016, 14:25
Yəmənin Ədən şəhərində partlayış nəticəsində 42 hərbçi ölüb - Yeniləndi

Yəmənin Ədən şəhərində baş verən partlayış nəticəsində ölən hərbçilərin sayı 42 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidmətindəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

Hadisə zamanı, həmçinin onlarla insanın yaralandığı bildirilir.

***

Partlayış hərbi baza yaxınlığında baş verib

Yəmənin Ədən şəhərində kamikadzenin özünü partlatması nəticəsində məvacib üçün növbəyə duran xüsusi qoşun hissələrinin 30 hərbçisi həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" peyk telekanalı məlumat yayıb.

Bildirilir ki, partlayış Əl-Arişdəki hərbi baza yaxınlığında baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol