Menu

Vaşinqtonda Azərbaycandakı seçkilər müzakirə olunub

28.09.2013, 10:42
Vaşinqtonda Azərbaycandakı seçkilər müzakirə olunub

Elmar Məmmədyarov ABŞ dövlət katibinin müavini ilə görüşüb

Sentyabrın 27-də ABŞ-da Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla dövlət katibinin müavini Vendi Şermanın görüşü olub. “Turan”ın müxbirinin məlumatına görə, danışıqların mövzusu Qarabağ nizamlanmasının hazırkı mərhələsi, ikitərəfli münasibətlər və prezident seçkiləri ərəfəsində Azərbaycanda siyasi vəziyyət olub.

Dövlət katibinin siyasi məsələlər üzrə müavini Vendi Şerman E.Məmmədyarovla Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüb.

Bundan əvvəl Şerman Ermənistan XİN rəhbəri Edvard Nalbəndyanla görüşüb.

V.Şermanla E.Məmmədyarovun görüşü Azərbaycan hakimiyyətinin Tomas Melianın rəhbərliyi ilə ABŞ nümayəndə heyətini Bakıya buraxmamasından bir neçə həftə sonra baş tutub. Nümayəndə heyətinin məqsədi Azərbaycanda seçkiqabağı vəziyyətlə tanışlıq olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol