Menu

DÇ-nin ən yaxşı oyunçusu da “Real”dan oldu - Ronaldo

18.12.2016, 19:23
DÇ-nin ən yaxşı oyunçusu da “Real”dan oldu - Ronaldo

Bu gün başa çatan klublararası dünya çempionatının ən yaxşı oyunçusu müəyyənləşib.

Qol.az-ın FIFA-nın rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, bu ada “Real”ın hücumçusu Kriştiano Ronaldo layiq görülüb. “Kasima Antlers” komandası ilə final matçında (4:2) het-trik edən portuqalıyalı futbolçuya “Qızıl top” mükafati verilib. Bu nominasiyada ikinci yeri Luka Modriç (“Real”), üçüncü yeri Qaku Sabasuki (“Kasima Antlers”, finalda iki qol vurub) tutub.

Turnirin feyr-pley mükafatını “Kasima Аntlers” qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol