Menu

Yaponlar Putin-Abe danışıqlarının nəticələrindən narazı qalıblar

18.12.2016, 19:58

abeAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiya əhalisinin yarıdan çoxu (54,3 faiz) Rusiya Prezidenti Vladimir Putinlə Yaponiyanın Baş naziri Sindzo Abenin apardığı danışıqların nəticələrini neqativ qiymətləndirir.

«Kiodo» agentliyi ictimai rəyin öyrənilməsi sorğusunun nəticələri haqqında məlumatı dərc edib. Bundan başqa, ictimai rəyin öyrənilməsi sorğusu Abe kabinetinə dəstək reytinqinin düşdüyünü də göstərib. Hazırda hökumətin fəaliyyətini əhalinin 54,8 faizi dəstəkləyir, noyabr ayında isə bu rəqəm 60,5 faiz təşkil edirdi.

Abenin özü Rusiya Prezidenti ilə görüşün nəticələrini müsbət qiymətləndirib: «Biz, Prezident Putinlə belə nəticəyə gəldik ki, Rusiya və Yaponiyanın qarşılıqlı canatması şəraitində bütün sahələr üzrə münasibətlərin inkişafı üçün sərhədsiz imkanlar mövcuddur».

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol