Menu

Qroznıda xüsusi əməliyyat nəticəsində 7 silahlı məhv edilib

18.12.2016, 21:22
Qroznıda xüsusi əməliyyat nəticəsində 7 silahlı məhv edilib

Çeçenistanın paytaxtı Qroznı şəhəri ətrafında həyata keçirilən xüsusi əməliyyat nəticəsində 7 silahlı məhv edilib, 4-ü saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə özünün “Instagram” səhifəsində Çeçenistan rəhbəri Ramzan Kadırov yazıb.

“Qroznı şəhəri və onun ətrafında xüsusi əməliyyat başa çatıb. 7 silahlı məhv edilib, 4-ü saxlanılıb”, R.Kadırov yazıb.

Bundan əvvəl güc strukturları tərəfində dünən axşam polislərə hücum edən silahlı qrup üzvlərinin axtarıldığı bildirilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol