Menu

Bakıda sərxoş yeniyetmə intihar edib

19.12.2016, 09:30
Bakıda sərxoş yeniyetmə intihar edib

Bakıda intihar hadisəsi baş verib.

Nəsimi Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, rayonun Cavadxan küçəsində Məmmədov Rəvan Rövşən oğlu özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

O, hadisə baş verən zaman sərxoş olub. Belə ki, R.Məmmədov getdiyi toy mərasimindən sərxoş qayıdıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol