Menu

100 mindən çox iraqlı öz evini tərk edib

19.12.2016, 10:47
100 mindən çox iraqlı öz evini tərk edib

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Mosul şəhərinin «İslam dövləti» qruplaşmasından azad edilməsi əməliyyatı başlanandan bəri 100 mindər çox iraqlı öz evini tərk etməyə məcbur olub. Miqrasiya üzrə Beynəlxalq təşkilatın bəyanatına istinadla, xəbəri «AFR» agentliyi yayıb.

«Bu günə olan vəziyyətə 103 min 872 nəfər (əksəriyyəti inzibati mərkəzi Mosul şəhəri olan Neynəva əyalətindəndir) «köçəri quş»a çevrilib» - deyə, təşkilat xəbər verir.

Dekabrın 13-də xəbər verilmişdi ki, əməliyyatın keçirildiyi müddətdə 93,5 min nəfər öz evini tərk edib.

İraqın ikinci ən böyük şəhəri olan Mosul iki ildən artıq müddətdir ki, «İslam dövləti» adlandırılan qruplaşmanın nəzarəti altındadır. Şəhərin azad edilməsi uğrunda yerüstü əməliyyat oktyabrın 17-də başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol