Menu

Bu il dünyada 70-dən çox jurnalist həlak olub!

19.12.2016, 15:00
Bu il dünyada 70-dən çox jurnalist həlak olub!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, vidalaşmaq üzrə olduğumuz 2016-cı ildə dünyanın müxtəlif bölgələrində 74-dən artıq juralist həlak olub. Bu barədə bazar ertəsi «Sərhədsiz reportyorlar» hüquq-müdafiə təşkilatı xəbər verib.

Ötən il olduğu kimi, 2016-cı ildə də dünyada ən çox jurnalistin həlak olduğu ölkə Suriya olub - burada 19 jurnalist həlak olub. İkinci yerdə Əfqanıstan gəlir - 10 jurnalist. Meksikada 9, İraqda 7, Yəməndə isə 5 jurnalist həlak olub.

Bundan başqa, hüquq müdafiəçilərinin məruzəsində qeyd olunur ki, 2016-cı ildə həlak olanlar arasında 9 bloger və KİV-lə əməkdaşlıq edən 8 nəfər də var.

«Jurnalistlərə qarşı zorakılıq getdikcə daha məqsədli şəkil alır. Onların bir çoxu açıq şəkildə nişangaha çevrilb və məhz jurnalist olduğuna görə, öldürülüb» - deyə, təşkilatın Baş katibi Kristof Deluar bəyan edib.

Bununla yanaşı, 2015-ci illə müqayisədə (101 nəfər) bu il həlak olan jurnalistlərin sayı azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol