Menu

Tovuz sakini dəm qazından zəhərlənib

19.12.2016, 20:14
Tovuz sakini dəm qazından zəhərlənib

Tovuz sakini dəm qazından zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Vəliyeva Arzu Vidadi qızı dəm qazı zəhərlənməsi əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, qadın yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol