Menu

“Bu, Ərdoğanın Moskva səfəri ərəfəsində təxribatdır”- Vladimir Jirinovski

19.12.2016, 22:11

Vladimir Jirinovski 301211Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski Ankarada Rusiya səfirinin öldürülməsini Türkiyə prezidentinin Moskva səfərinin qarşısını almaq üçün edilmiş təxribat adlandırıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Jirinovski deyib: “Ola bilsin ki. burada məqsəd Ərdoğanın səfərinin qarşısını almaqdır. Gözlənilirdi ki. dekabrda o, bir günlük səfərə gələcək. Yanvarda isə böyük rəsmi səfər olacaq”.

Jirinovskinin fikrincə, Rusiya təxribata uymamalı və Türkiyə tərəfinin rəsmi izahatını gözləməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol