Menu

Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 il cəza istədi

20.12.2016, 13:27
Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın soyğunçuluqda təqsirləndirilərək həbs edilən köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror bildirib ki, M.Hüseynovanın xalq artisi İ.Quliyevanın 2 milyon 700 min manat dəyərində olan daşınan və daşınmaz əmlakını ələ keçirməyə cəhd edib. O bildirib ki, M.Hüseynova bu məqsədlə saxta vəsiyyətnamə hazırlayıb. Prokuror M.Hüseynovanın cinayət əməlinin istintaq zamanı şahidlərin ifadəsi ilə sübuta yetirildiyini bildirib.

Dövlət ittihamçısı M.Hüseynovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M.Hüseynovanın vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi dekabrın 27-nə təyin edilib.

M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol