Menu

Sui-qəsddən Moskvanın da xəbəri olub? - Putinin qarşılaşdığı inanılmaz təsadüf

20.12.2016, 13:51
Sui-qəsddən Moskvanın da xəbəri olub? - Putinin qarşılaşdığı inanılmaz təsadüf

Ankaradakı Rusiya səfiri Andrey Karlovun qətlə yetirildiyi gecə inanılmaz təsadüf baş verib.

BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, sui-qəsd gecəsi Rusiya prezidenti Vladimir Putin Moskva teatrında səhnəyə qoyulacaq tamaşaya dəvət edilib.

Maraqlıdır ki, həmin tamaşa məhz Rusiyalı diplomatın qətlə yetrilməsindən bəhs edib. Tamaşanın müəllifi vaxtilə Rusiyanın İranda səfiri olmuş Aleksandr Qriboyedovdur.

1795-ci ildə Moskvada anadan olan məşhur rus ədibi Qriboyedov 1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi olub. 1828-ci ildə İranla Rusiya arasında imzalanan və Azərbaycanın iki yerə bölünməsini şərtləndirən "Türkmənçay” müqaviləsinin hazırlanmasında iştirak edib. Bundan sonra isə o, İranda rəsmi səfir təyin edilib. Elə həmin ildə o, Tehranda səfirlik binasında qətlə yetirilib və meyiti Tiflisə aparılıb.

1829-cu ildə yazılan ssenariyə əsasən Rusiya da baş verən iqtisadi böhran zamanı bir qrup qəzəbli iranlı Rusiya səfirliyinə hücum edərək rus səfiri öldürür. Və aydın olur ki, bu hadisənin arxasında ingilis agentləri dayanıb.

Sui-qəsdən sonra bu maraqlı təsadüfə "Financial Times" qəzetinin Moskva müxbiri Maks Seddon dəfələrlə diqqət çəkib. Səsləndirilən iddialara görə Ankaradakı hadisə Putinə və ya İrana mesaj ola bilər.

Qeyd edək ki, Türkiyə, Rusiya və İran Xarici İşlər nazirləri bu gün Suriya məsələsinə görə Moskvada bir araya gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol